Britaniya Avropa Birliyindən çıxmalıdır.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, Britaniya Baş naziri Tereza Mey Breksit danışıqlarında yaxşı nəticələr əldə edib.
O həmçinin ABŞ-ın Breksitdən sonra Londonla fenomenal ticarət razılaşması bağlamaq niyyətində olduğunu bildirib. /Axar.az