XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2019 - 12:26

Avtobuslar gecə vaxtı ancaq DİN əməkdaşlarının müşayiəti ilə yola çıxacaq- Özbəkistanda

Özbəkistanda bu il sentyabrın 1-dən şəhərlərarası və dövlətlərarası avtobuslar, həmçinin turistləri aparan müxtəlif tutumlu maşınlar gecə vaxtı ancaq Daxili İşlər Nazirliyi yol-patrul xidməti əməkdaşlarının müşayiəti ilə yola çıxacaq.

Bununla bağlı Özbəkistan hökuməti qərar qəbul edib.

Avtobusları xüsusi xidməti maşınlar müşayiət edəcək və bu xidmət pullu olacaq. Avtobuslar marşruta çıxmazdan əvvəl yol-patrul xidmətinin əməkdaşları məcburi qaydada maşınların texniki vəziyyətini yoxladıqdan sonra xəttə buraxılacaq.

Qərarda deyilir ki, 15 il şəhərlərarası və dövlətlərarası marşrutlarda işləyən avtobuslara lisenziya verilməsi qadağan edilir(azərtac).