XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

05 İyun 2019 - 14:29

BMT baş katibi Vladimir Putinlə görüşəcək- Bu tarixdə

BMT-nin baş katibi Antonio Quterreş Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə A. Quterreş özü məlumat yayıb.

Onun sözlərinə görə, V. Putinlə görüş zamanı dayanıqlı inkişaf, iqlim dəyişikliyi, sülh və təhlükəsizliyə yönəlmiş qlobal çağırışlar, həmçinin terrorçuluqlamübarizə mövzuları müzakirə ediləcək.

“Rusiya BMT-ni yaradan dövlətlərdən biri və Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu səbəbdən də Rusiya rəhbərliyi ilə mütəmadi ünsiyyətdə olmaq imkanına sahib olmaq mənim üçün çox vacibdir”, – deyə A.Quterreş vurğulayıb.

Qeyd edək ki, Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 6-8-də keçiriləcək.