XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2019 - 15:00

Misirdə buraxılış məntəqəsinə hücum olub:10 polis öldürülüb

Misirdə silahlı dəstə nəzarət-buraxılış məntəqəsinə hücum edib, hüquq-mühafizə orqanlarının 10 əməkdaşı öldürülüb.

Bu barədə ölkə televizyası məlumat yayıb.

Bildirilib ki, hadisə Sinay yarımadasının şimalındakı əl-Ariş şəhəri ətrafında baş verib. Misir ordusu terrorçuların tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirir. Həmçinin 5terrorçunun məhv edildiyi deyilir.

Bir müddət əvvəl “Sky News Arabia” Misirin təhlükəsizlik orqanlarına istinadən nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 10-14 nəfərədək məmurun öldüyü barədə məlumat yaymışdı.

Hücumu terrorçu İŞİD qruplaşmasının “Vilayət-e-Sina” adlı qolunun törətdiyi ehtimal olunur.  /Report