XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2019 - 15:43

Türk Hava Yolları 2 milyon sərnişin daşıyacaq- 9 gün ərzində

Türk Hava Yolları (THY) Ramazan bayramı tətilində 2 milyon sərnişin daşımağı hədəfləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb. Bildirilir ki, tətil müddətində nəzərdə tutulan 14 min 311 səfər qrafik üzrə həyata keçirilir. Ötən 3 gündə təyyarələr 85 faiz sərnişinlə dolu olub.

Qeyd edək ki, Türkiyədə ramazan tətili iyunun 2-dən başlayıb və 9 gün davam edəcək.