Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya daxil olma məsələsi ilə bağlı referendum keçirməkniyyətindədir.
APA-nın xəbərinə görə, bu barədə Zelenski “Zavtrak s 1+1” proqramında canlı bağlantı zamanı bildirib.
Zelenski ukraynalıların müsbət cavab verəcəyinə əmin olduğunu vurğulayıb.
“Birincisi, bizim müstəqil ölkəmiz var və bu, bizim seçimimizdir. Bu, bizim Avropa və NATO-ya yönəlmiş siyasi kursumuzdur”, – deyə prezident qeyd edib.
O əlavə edib ki, Ukraynanın NATO siyasətinin kökündəölkənin təhlükəsizliyi və yüksək səviyyəli ordunun qurulması dayanır.