XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2019 - 09:41

Tramp:"ABŞ və Meksika miqrasiya ilə bağlı danışıqlarda irəliləyişə nail olub"

Meksika və ABŞ nümayəndələri bu gün Vaşinqtonda miqrasiya ilə bağlı keçirilən danışıqlarda irəliləyişə nail olublar.

Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Ağ Evdə Meksika nümayəndələri ilə miqrasiya üzrə keçirilən diskussiya bu günü başa çatıb. İrəliləyiş əldə edilib, amma bu, kifayət deyil,” – deyə Ağ Ev rəhbəri “Twitter”də yazıb.

Bundan əlavə, Tramp əlavə edib ki, əgər Vaşinqtonda keçirilən danışıqların gedişatında nailiyyət əldə edilməsə, Meksikadan idxal edilən mallara 5 faizlik rüsum tətbiq ediləcək.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksikahakimiyyəti rəsmi Vaşinqtonla razılığa gəlmək istəyir. /Report