XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 İyun 2019 - 12:00

Zərif:""Yalançı çoban"a saxta məlumat verilib"

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu “yalançı çoban” adlandıraraq, MOSSAD-ın ona saxta məlumatlar verdiyini bildirib.

Bu barədə “Anadolu” agentliyi yazıb. Məlumata görə, Boltonun Fuceyrada 4 ticarət gəmisinə edilən hücumun arxasında İranın olduğuna dair dəlillərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Zərif həmin dəlillərin saxta olduğunu bildirib:

“B komandasının “yalançı çoban”ı növbəti dəfə yalandan fəryad qoparır. MOSSAD Fuceyradakı təxribatda İranın əli olduğuna dair saxta məlumatlar yayır. Siz onların yalanlarına inandıqca nələrin baş verəcəyini bilirsiniz. Bu oyunu biz əvvəllər də görmüşük”.

Qeyd edək ki, Fuceyra limanında mayın 12-də bir neçə tankerə hücum olub. BƏƏ baş verənləri diversiya hücumu adlandırsa da, Səudiyyə Ərəbistanı birbaşa İranı ittiham edib. /Axar.az