XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 June 2019 - 19:21

Fransa Milli Yığıncaq Partiyasının sədri məhkəməyə verildi –Səbəb

Fransa Milli Yığıncaq Partiyasının sədri Marin le Pen məhkəməyə verilib. 

O, bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

Xanım siyasətçi məhkəmə sənədini icazəsiz dərc etməkdə günahlandırılır.

Belə ki, Marin le Pen bundan əvvəl “Tvitter” səhifəsində İŞİD-ə məxsus zorakılıq əməlləri görünən şəkil dərc edib. Bu səbəbdən ona psixiatrik müayinədən keçməsi üçün məhkəmə qərarı təqdim olunub. Ancaq partiya sədri məhkəmə prosesi yekunlaşmamış qərarı qanunsuz olaraq “Tvitter” səhifəsində paylaşıb.

Fransa qanunvericiliyinə əsasən, hökm olmadan məhkəmənin hər hansı bir qərarını dərc edərək ictimailəşdirmək qadağandır/Report.