XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 June 2019 - 23:04

Təhsil naziri vəzifəsindən istefa verdi –İranda

İranın təhsil naziri vəzifəsindən istefa verib.

Bunu İranın Nazirlər Kabinetindəki məlumatlı mənbə deyib. Rəsminin sözlərinə görə, təhsil naziri Məhəmməd Bəthayi ötən gün Nazirlər Kabinetinin iclasından sonra istefa məktubunu İran prezidenti Həsən Ruhaniyə təqdim edib.

Məlumatlı rəsmi qeyd edib ki, nazir şəxsi səbəblərə görə istefa verib və prezidentin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, fevralda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa versə də, H.Ruhani onun istefasını qəbul etməyib.

Trend