XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 21:37

ABŞ Əsəd və Putinihərbi tribunala verəcək

Esed

 

Martın 2-də ABŞ Nümayəndələr Palatasının xarici işlər komitəsi Suriya ilə bağlı iki qətnamə qəbul edib. Qətnamə müəllifləri Obamadan İŞİD-ə qarşı daha qətiyyətli mübarizə və Suriya xalqına yardımı artırmağı tələb edir.

 

Birinci qətnamədə Əsəd və onun müttəfiqləri, xüsusən İran və Rusiya Suriyada dinc əhaliyə qarşı hərbi cinayətlərdə ittiham edilir: “Suriya münaqişəsinin qurbanı olan dinc sakinlərin əksəriyyəti Suriya hakimiyyəti və müttəfiqləri, əsasən də Rusiya, İran və İranla əlbir olan "Hizbullah" terror təşkilatı tərəfindən qətlə yetirilib”.

 

Qətnamə müəllifləri Obamaya çağırış edir ki, ABŞ-ın BMT-dəki nümayəndəsinə beynəlxalq tribunalın yaradılmasına dəstək verməyi tapşırsın. Bu hərbi tribunal Suriyada insanlığa qarşı cinayətlər törədənləri mühakimə edəcək.

 

Qətnamədə o da qeyd olunur ki, Rusiya təkcə Əsədə yardım etmir, həmçinin mülki obyektləri bombalamaqla beynəlxalq hüququ pozur(azadlıq.info).