Almaniyanın Xarici İşlər naziri Heiko Maas gələn həftə regiona səfəri çərçivəsində İrana gedəcək.
Bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Adebahr bildirib.
Bildirilib ki, Heiko Maasın Tehranda İranın nüvə proqramı ətrafında yaranan vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Onun sözlərinə görə, nazir İranla yanaşı, Birləşmiş Ərəb Əmirliyi və İordaniyaya da səfər edəcək. /Report