İsveçin Linçyopinq şəhərində güclü partlayış baş verib.
Partlayış nəticəsində 19 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Hadisə yerli vaxtla səhər saat 9-da qeydə alınıb.
Partlayışın hansı səbəbdən baş verməsi və insidentlə bağlı başqa təfərrüatlar hələ açıqlanmayıb. /Trend