XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2019 - 20:41

“Gazprom” Ukraynaya təbii qazın qiymətində 25 faiz endirim təklif edir- Açıqlama

“Gazprom” şirkəti Ukraynaya təbii qazın qiymətində 25 faiz endirim təklif edir.

Bu barədə Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumundakı çıxışında “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib.

O bildirib ki, Ukraynaya təbii qaz satışına dair müqavilə Ukrayna üzərindən Avropaya göndəriləcək qaz müqaviləsindən daha vacibdir: “Gazprom” Ukraynaya satdığı təbii qazın qiymətinə endirim edə bilər. Biz təbii qazın qiymətinə 25 faiz endirim etməyə hazırıq”.

Xatırladaq ki, Ukrayna 2015-ci ilin noyabrında Rusiyadan təbii qaz idxalını dayandırıb. İki ölkə arasında təbii qaz tədarükü və Rusiya qazının Ukrayna üzərindən Avropaya çatdırılması ilə bağlı sazişin müddəti cari ilin sonunda başa çatacaq.