XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2019 - 21:03

ABŞ Venesuelanın dövlət neft şirkətinə qarşı sanksiyalarını sərtləşdirib

ABŞ-ın Maliyyə Nazirliyi Venesuelanın “Petroleos de Venezuela” (PDVSA) dövlət neft şirkətinə sanksiyalarını sərtləşdirib.

“Report” “Banki.ru”ya istinadən xəbər verir ki, Nazirlik Venesuelaya birbaşa və ya dolayı yolla neft durulducu maddələrin ixracını və ya təkrar ixracını nəzərdə tutan hər hansı addımlara və ya sövdələşmələrə yol verməməsinə dair müvafiq lisenziyalara dəyişikliklər edib. Belə ki, qurumun fikrincə, məhz durulducu maddələr Venesuela neftinin nəqli və ixracında başlıca yer tutur.

“Bloomberg”in vurğuladığı kimi, bu ölkədə hasil olunan xam neftin əksər hissəsi keyfiyyətsiz olduğuna görə dünya bazarında rəqabət aparması üçün ya daha yüngül neft markaları ilə qarışdırılmalı, ya da qismən emal olunmalıdır.

ABŞ-ın Venesueladan 2015-ci ildə diplomatlarının çıxarılmasına cavab olaraq həmin ölkənin bir sıra rəsmi şəxslərinə qarşı tətbiq etdiyi saknsiyalar ötən müddət ərzində dəfələrlə genişləndirilib. Bu il yanvar ayının sonunda isə ABŞ hökuməti PDVSA-ya qarşı sanksiya tətbiq etmişdi.