XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 İyun 2019 - 21:26

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib- 2020-2021-ci illər üçün

BMT Baş Assambleyasının hazırda keçirilən 73-cü sessiyasında 2020-2021-ci illər üçün Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə Niger, Sent Vinsent və Qrenadi, Tunis, Vyetnam və Estoniya seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə sessiyanın sədri, Ekvador təmsilçisi Maria Fernanda Espinosa Qarsesi açıqlama verib.

Qeyd edək ki, TŞ-nin qeyri-daimi üzvlüyünə Avropa təmsilçisinin seçilməsi üçün ikinci tur keçirmək lazım gəlib. Belə ki, birinci turda Estoniya 111, Rumıniya 78 səs toplayaraq səslərin üçdə ikisi, yəni 129 səs həddinə çata bilməmişdilər. İkinci turda isə 132 səs lehinə verilən Estoniya ilk dəfə BMT TŞ-nin müvəqqəti üzvlüyünə seçilib.