XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2019 - 22:42

Si Cinpin Dostoyevskidən sitat gətirdi:"Gözəllik dünyanı xilas edəcək"

Çin rəhbəri Si Cinpin Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı rus yazıçısı Fyodor Dostoyevskidən sitat gətirib.

Trend-in məlumatına görə, çinli lider ətraf mühitin mühafizəsinə diqqət çəkib.

O çıxışı zamanı yazıçının “İdiot” əsərindən fikir səsləndirib:

“İnsanla təbiətin ahəng təşkil edəcəyi daha gözəl dünyanın qurulması üçün “yaşıl” inkişafı dəstəkləmək lazımdır. Rusiyalı yazıçı Dostoyevskinin dediyi kimi: “Gözəllik dünyanı xilas edəcək!”