ABŞ Meksika ilə immiqrasiya məsələləri üzrə razılığa gəlib.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazıb.
Tramp bildirib ki, ABŞ-ın Meksika ilə razılaşmaya nail oldu. Bazar ertəsi tətbiq edilməsi planlaşdırılan rüsumların tətbiqi qeyri-müəyyən müddətə dayandırılıb.
ABŞ prezidenti öz növbəsində Meksikanın immiqrasiya siyasətini sərtləşdirəcəyini qeyd edib.