XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

08 İyun 2019 - 12:36

Moldova prezidenti deputatlara daha bir gün vaxt verib- Koalisiya formalaşdırmaq üçün

“Moldovalı deputatların kompromisə gəlmək və koalisiya formalaşdırmaq üçün son günü qalıb”.

APA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Moldova prezidenti İqor Dodon keçirdiyi brifinq zamanı bildirib.

O, koalisiya formalaşdırılacağı təqdirdə belə, bu qərarın ölkədə və xaricdə tanınacağına tərəddüd etdiyini bildirib.

Moldovanın Konstitusiya Məhkəməsinin qərarına əsasən, deputatlar iyunun 7-dək hökuməti formalaşdıra bilməsələr, prezident parlamenti buraxa bilər. İ.Dodon isə iyunun 10-dək parlamenti buraxmayacağını bəyan edib.

Qeyd edək ki, fevralın 24-də Moldovada keçirilən parlament seçkilərindən sonra heç bir partiya parlament çoxluğu qazanmayıb. Bu səbəbdən də hökumətin qurulması üçün parlamentdə koalisiya formalaşdırmaq zərurəti yaranıb.