XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 İyun 2019 - 13:52

XİN:"Türkiyə Şimali Kiprin haqqının mənimsənilməsinə imkan verməyəcək"

Heç bir xarici şirkət Kipr adasına aid karbohidrogen ehtiyatların pay bölgüsündə adadakı türk və yunan icmalarının bərabər hüquqa malik olduqlarını qəbul etmədən bölgədə fəaliyyət göstərə bilməz.

Bu fikir mövzu ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan açıqlamada yer alıb.

Bildirilir ki, Şimali Kipr tərəfi adaya aid neft və qaz yataqlarından bərabər miqdarda pay almaq hüququna malikdir. Cənubi Kipr tərəfinin adaya aid yataqları birtərəfli qaydada istismar etmək cəhdləri yolverilməzdir. Türkiyə tərəfi heç bir halda Şimali Kiprin haqqının mənimsənilməsinə imkan verməyəcək(azərtac).