XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

08 İyun 2019 - 14:22

Pakistanda terror aktı:4 hərbçi ölüb, 4-ü yaralanıb

Pakistanın şimal-qərbində yerləşən Şimali Vəziristan bölgəsində bomba partlaması nəticəsində ən azı 4 hərbçi həlak olub, daha 4-ü yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, terrorçular hərbçilərin olduğu avtomobili partladıb.

Hücuma görə heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, son bir ayda Pakistanda törədilən terror hücumları nəticəsində 10 təhlükəsizlik əməkdaşı həyatını itirib, 35-i isə yaralanıb.