XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2019 - 14:42

İranın istefa verən təhsil nazirinin yerinə təyinat olub- FOTO

İran prezidenti Həsən Ruhani ölkənin Təhsil Nazirliyinin rəhbərliyinə Müctəba Zeynivəndi təyin edib.

APA-nın Tehran bürosunun məlumatına görə, M.Zeynivənd yeni nazir təyin olunanadək nazirin vəzifələrini icra edəcək.
M.Zeynivədn bundan öncə Təhsil Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən nazirin müşaviri, şura katibi, maliyyə şöbəsinin rəisi və digər vəzifələrdə çalışıb.

Qeyd edək ki, İranın təhsil naziri Məhəmməd Bəthayi bir neçə gün öncə istefa verib.
Bəzi KİV-lər prezident H. Ruhanin onun işindən narazı olmasının M.Bəthayinin istefa ərizəsini yazmasına səbəb olduğunu yazmışdı. Ötən gün H. Ruhani nazirin istefasını qəbul edib.