XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2019 - 15:21

İran prezidenti Qırğızıstana gedəcək- Zirvə toplantısında iştirak edəcək

İran prezidenti Həsən Ruhani Qırğızıstana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, səfərin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının iyunun 13-14-də Bişkekdə keçiriləcək zirvə toplantısında iştirak etməkdir.

Zirvə toplantısında 11 ölkənin, o cümlədən Tacikistan, Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Hindistan, İran və Pakistanın dövlət başçıları iştirak edəcək.

H.Ruhaninin toplantı çərçivəsində bir sıra dövlət başçıları ilə görüşlər keçirəcəyi və ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacağı bildirilir.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Hazırda 8 ölkə bu təşkilatın üzvüdür. Əfqanıstan, Belarus, İran və Monqolustan bu təşkilatda müşahidəçi dövlətlərdir. İran təşkilata üzv olmaq üçün iki dəfə müraciət etsə də, təşkilat bu istəyi qəbul etməyib.

Sonuncu dəfə bu istək 2016-cı ildə Daşkənddə keçirilən zirvə toplantısında qəbul olunmamışdı. Həmin iclasda İranı XİN başçısı Məhəmməd Cavad Zərif təmsil edirdi.