XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

08 İyun 2019 - 19:31

Türkiyədə daha bir təhlükəli terrorçu məhv edilib- Antiterror əməliyyatı

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Diyarbəkir-Lice bölgəsində daha bir uğurlu antiterror əməliyyatı keçirilib.

Azərtac xəbər verir ki, rəsmi dairələr bu əməliyyatda öldürülən iki PKK terrorçusundan birinin “Civan” ləqəbli təhlükəli terrorçu Osman Gülen olduğu barədə açıqlama yayıb. Bildirilir ki, Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən terrorçu Osman Gülenin tapılması üçün 300 min lirə (təxminən 50 min ABŞ dolları) vəsait ayrılmışdı.

Bundan başqa, Diyarbəkirdə keçirilən daha bir əməliyyatda “Çektar Amed” ləqəbli təhlükəli PKK terrorçusu yaxalanıb.