XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2019 - 20:02

Estoniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib- Səsvermə ilə

Estoniya BMT Təhlükəsizlik Şurasının iclasında 2020-2021-ci illər üçün qurumun qeyri-daimi üzvü seçilib.

Nyu-Yorkda baş ofisdə keçirilən iclasda Estoniyanın əsas rəqibi Rumıniya olub. Lakin ikinci gizli səsvermədə üstünlüyü Estoniya qazanıb. İlk turdakı səsvermə zamanı Estoniya 111 səs toplasa da, nəticə əldə olunmayıb. İkinci səsvermə zamanı isə ölkə 132 səslə üzvlük haqqını qazanıb.

İclas zamanı beş yeni qeyri-daimi üzv seçilib. Bunlardan ikisi Afrika, biri Okeaniya, biri Latın Amerikası, biri isə Şərqi Avropanı təmsil edir.

Estoniya Prezidenti Kersti Kalyulayd da səsvermədə iştirak edib. Estoniya ikiillik vəzifəsinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq.