XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2019 - 09:25

Türk general:"ABŞ-ın Türkiyə ilə bağlı bu addımı tərbiyəsizlikdir"

Türkiyə S-400-dən imtina edərsə, heç bir şeyin arxasında dura bilməz.

Bu sözləri türkiyəli general İsmayıl Hakkı Pekin ABŞ-ın F-35-lərlə bağlı məktubu barədə danışarkən deyib. O, ABŞ-ın bu addımını “böyük tərbiyəsizlik” adlandırıb.

Pekin ABŞ-ın onsuz da “Patriot”ları verməyəcəyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan Türkiyə Milli Müdafiə naziri Hulusi Akara məktub ünvanlayıb. Məktubda F-35 proqramı ilə bağlı ABŞ-da təlim keçən türkiyəli pilotların geri qaytarılacağını bildirib. /Axar.az