Meksika prezidenti Andres Manuel Lopes Obdado ABŞ-la dostluq münasibətlərini davam etdirməyə hazır olduğunu bildirib
Bu barədə “Associated Press” bildirib.
Məlumata görə, dövlət başçısı belə bir açıqlamanı amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra verib. Andres Manuel Lopes Obdado qeyd edib ki, Trampla söhbətdən sonra onda ABŞ-la dialoqu davam etdirmək və sıx əməkdaşlıq aparmaq arzusu yaranıb.
Meksika lideri ölkənin şimal-qərbindəki Tixuan şəhərinə səfəri zamanı qeyd edib ki, Tramp sıxılmış yumruq göstərmir və açıq əl uzadır.
“Biz dostluğa hazır olduğumuzu təsdiq edirik”, – deyə prezident həmçinin özünün “Twitter” səhifəsində də yazıb. /Report