XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2019 - 16:30

Zelenski:"Köhnə sistemi nokauta salacağıq"

Ukrayna Prezidenti Vladimir Zelenski Xalq Xidmətçisi Partiyasının ölkədə yeni hakimiyyət sistemi formalaşdırmağa imkan verəcəyinə və köhnə hakimiyyət sistemini nokauta salacaqlarına əmindir.

V. Zelenski bunu bu gün Xalq Xidmətçisi Partiyasının Kiyevdə keçirilən qurultayında bəyan edib.

Qurultayda deputatlığa namizədlərin siyahısı təqdim edilib, partiyanın proqramı təsdiqlənib.

V. Zelenski deyib ki, Xalq Xidmətçisi brend deyil, onların dünyagörüşüdür:

“Bu, Ukraynada yeni sistemin qurulmasına kömək edəcək, köhnə sistem yenilənməyəcək. Biz sizinlə birlikdə bu işə aprelin 21-də başladıq, ancaq biz yalnız ilk kiçik addımı atmışıq. Bu, yalnız birinci raunddur. Sistem hazırda nokdaundadır, biz nokaut təklif edirik. Biz bunu birlikdə edək”.

V. Zelenski Ali Radanın növbəti çağırışında deputat toxunulmazlığının ləğv ediləcəyinə əminliyini ifadə edib. /APA