XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

09 İyun 2019 - 17:00

Laricanidən Makrona sərt cavab:"Bunu Tramp etsə, qəribə qarşılamazdıq"

İran parlamentinin spikeri Əli Laricani Fransa Prezidenti Emmanuel Makronun ölkənin nüvə proqramı ilə bağlı açıqlamalarını sərt tənqid edib.

Bu barədə Laricani parlamentin iclası zamanı danışıb.

“Makronun sözləri məyusluq verir. Əgər bunları Tramp söyləsəydi, qəribə qarşılamazdıq. Bu sözlər cənab Makronun dəfələrlə Ruhani ilə üz-üzə və telefonda apardığı müzakirələrdə sərf etdiyi sözlərlə uyğun gəlmir”, – Laricani bildirib.

Qeyd edək ki, Makron Vaşinqton və Parisin əsas məqsədinin İranın bölgədəki nüfuzuna hədd qoymaq olduğunu açıqlamışdı.