XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 17:32

Ukraynada Baş Nazir vəzifəsinə şanslı siyasətçilər…- Reytinq açıqlanıb

Ukraynada növbədənkənar parlament seçkilərindən sonra yeni Baş Nazir vəzifəsinə şanslı siyasətçilərin reytinqi açıqlanıb.

Kiyev Beynəlxalq Sosioloji İnstitutunun rəy sorğusunun açıqladığı nəticəyə əsasən müxalifət blokunun lideri Yuriy Boyko 12,9 faiz, Ukraynanın sabiq Baş Naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko,11,3 faiz səslə Baş Nazir postuna daha şanslı hesab edilir.

Sonrakı yerləri 8,1 faiz səslə İqor Smeşko, 7,7 faiz səslə hazırkı Baş Nazir Vladimir Qroysman, 4 faiz səslə sabiq Müdafiə naziri, “Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko, 2,6 faiz səslə beşinci Prezident Petro Poroşenko tutur.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək(azərtac).