XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 17:45

Pakistanın sabiq prezidenti həbs edilib –Saxta bank hesablarının istifadəsində şübhəli bilinir

Pakistanın hüquq-mühafizə orqanları ölkənin sabiq prezidenti və Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdarini həbs edib.

A.Ə.Zərdari saxta bank hesablarının istifadəsində şübhəli bilinir.

Məlumata görə, bundan əvvəl məhkəmə Zərdari və onun bacısı Faryal Talpurun bununla bağlı apelyasiya şikayətini rədd edib.

Həbs Pakistanda anti-korrupsiya orqanı rolunu oynayan Milli Nəzarət-Qeydiyyat Bürosu tərəfindən həyata keçirilib. Əməliyyata çoxsaylı polis əməkdaşları cəlb edilib. Onlar sabiq prezidentin paytaxt İslamabaddakı evini mühasirəyə alıblar.

Qeyd edək ki, Asif Əli Zardari 2008-2013-cü illərdə Pakistanın prezidenti olub. O, Pakistanın sabiq baş naziri, 2007-ci ildə sui-qəsd nəticəsində həyatını itirən Benazir Butto ilə evli olub. /APA