XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 18:42

Yaponiya dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilir- “Tokio 2020” Olimpiadasına görə

Yaponiya hökuməti və dəmir yolu şirkətləri “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində qatarlarda təhlükəsizlik tədbirlərini gücləndirilməsinə xüsusi diqqət yetirirlər.

Təhlükəsizliklə bağlı tədbirlərin gücləndirilməsi xüsusən düz bir il əvvəl “Şinkansen” sürətli ekspressində dəhrə ilə silahlanmış kişinin sərnişinlərə hücumu ilə bağlıdır. Hadisə nəticəsində həmin şəxs hərəkət edən qatarda bir kişini öldürüb, iki qadına xəsarət yetirmişdi.

Belə hadisələrin təkrarlanmaması üçün dəmir yolu şirkətlərinin operatorları patrulların sayını artırıblar. Bununla yanaşı, vaqonlarda qoruyucu qalxanlar, bıçaq zərbələrindən qorunmaq üçün jiletlər və qaz balonları yerləşdirilib(azərtac).