XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 19:44

Çinin valyuta ehtiyatları may ayında maksimuma çatıb- Rəqəmlər

Çinin valyuta ehtiyatları may ayında ötən ilin avqust ayından bəri maksimuma çataraq 3 trilyon 101 milyard dollar təşkil edib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Bankının dərc etdiyi məlumatda bildirilir.

Çin, həmçinin mütəmadi olaraq altı aydır qızıl alışını da artırır. Hazırda ölkənin qiymətlı metal ehtiyatları 1916 tona çatıb. Çin Xalq Bankı may ayında 15,6 ton qızıl alıb.

Çinin qızıl ehtiyatlarının həcmi may ayının sonlarında 79,8 milyard dollara yüksəlib.