XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 19:56

İtaliyada bələdiyyə binasında partlayış- Yaralılar var

 

İtaliyanın paytaxtı Roma yaxınlığında Rokka di Papa qəsəbəsinin bələdiyyə binasında partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər, o cümlədən qəsəbənin meri xəsarət alıb.

Xəsarət alanlar arasında binanın yaxınlığında olan uşaqlar da var.

Qeyd olunur ki, partlayışa qaz sızması səbəb olub. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı binalardan sakinlər təxliyə olunub.