XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 22:54

Böyük Britaniya və Cənubi Koreya saziş imzalayıb- Azad ticarət haqqında

Böyük Britaniya və Cənubi Koreya azad ticarət haqqında saziş imzalayıb. Sənədi Britaniyanın beynəlxalq ticarət naziri Liyam Foks və Koreyanın ticarət naziri Yoo Myung-hee Seulda imzalayıb.

Bu saziş iki ölkənin öz biznesini Brexitdən sonra sərbəst şəkildə davam etdirməsini nəzərdə tutur. Belə ki, Brexitdən sonra Cənubi Koreya güzəştli şərtlər əldə edə biləcək.

Xatırladaq ki, 2011-ci ildə Cənubi Koreya və Böyük Britaniya arasında imzalanan azad ticarət müqaviləsindən sonra ölkənin gəliri 12 faiz artıb(azərtac).