XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2019 - 09:15

KİV:Dünyanın ən bahalı rəsmi Səudiyyə şahzadəsinin yaxtasındadır

Məşhur rəssam Leonardo da Vinçinin qiyməti yarım milyard dollar olan “Dünyanın xilaskarı” (“Salvator Mundi”) rəsmi Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Əl Səudun yaxtasında saxlanılır.

Bu barədə  “The Guardian” bildirib.

Qeyd edilir ki, ölkə hakimiyyəti Əl-Uledə mədəniyyət mərkəzini inşa etdirənə qədər dünyaca məşhur incəsənət əsəri şahzadənin gəmisində saxlanılacaq. Məlumata görə, da Vinçinin əsərinin ora yerləşdirilməsi planlaşdırılır. Yaxta özü isə Misirin kurort ərazisi Şarm-əş-Şeyxdədir.

Xatırladaq ki, “Dünyanın xilaskarı” rəsmi 2017-ci ildə Nyu-Yorkun “Christie’s” hərracında satılıb. Həmin vaxt rəsm üçün 450 milyon dollar ödənilib. “Dünyanın xilaskarı” əsərində göy paltarda İsa peyğəmbər (ə) təsvir edilib. O, sol əlində kürə şəklində şüşə şar tutub, digər əlini isə xeyir-dua üçün qaldırıb. Sənət əsəri təqribən 1500-cü ildə çəkilib.