XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2019 - 10:15

Polşa rəhbərliyi:"Türkiyə bu təyyarələri almaqdan imtina edərsə, onları biz ala bilərik"

Polşa dövləti Türkiyənin ABŞ-ın F-35 döyüş təyyarələrini almaqdan imtina edərsə, bu qırıcıları əldə etməyə hazır olduqlarını bildirib.

Polşa rəhbərliyi Türkiyə və ABŞ arasındakı son aylarda yaşanan gərginliyi yaxından izləyir. Rəsmi Ankaranın Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərini almaq istəməsi Polşanın bu qərara gəlməsini şərtləndirib.

Bildirilir ki, rəsmi Ankaranın bu addımı ABŞ-ın beşinci nəsil F-35 döyüş təyyarələrinin Türkiyəyə satışını poza bilər. 
Qeyd edilib ki, Polşa sözügedən təyyarələri almaq üçün növbə gözləyir və əgər Türkiyə F-35-lərin tədarükündən əl çəkərsə, Varşava onları alacaq.

Qeyd edək ki, hələ 2017-ci ildə Polşa Hava Qüvvələri 2025-ci ilə qədər beşinci nəsl hesab edilən F-35 döyüş təyyarələrini almağı planlaşdırdığını bəyan etmişdi. /APA