Danimarka parlamentinin spikeri Pia Kyersqor partiyasının iyunun 5-də seçkilərdə məğlub olmasından sonra istefa verib.
Trend-in məlumatına görə, P.Kyersqor istefa verdikdən sonra Danimarka Xalq Partiyasının deputatı kimi parlamentdə fəaliyyətini davam etdirəcək.
Yaxın zamanlarda parlamentin yeni spikerinin təyin olunacağı gözlənilir.
Qeyd edək ki, iyunun 5-də keçirilmiş parlament seçkilərində Sosial-Demokrat partiyası 25,9 faiz səs yığaraq çoxluğa sahib olub.