XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

11 İyun 2019 - 13:00

Moldova prezidenti parlamentin buraxılması barədə qərarı ləğv edib –Səbəb

Moldova prezidenti İqor Dodon parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarı ləğv edib.

Bu barədə o, Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.  Prezident bildirib ki, Demokratik Partiyanın sədr müavini Pavel Filipin qərarı konstitusiyanın normalarına cavab vermir.

Qeyd edək ki, iyunun əvvəlində Moldovada daxili siyasi vəziyyət yenidən kəskinləşib.

Sosialistlər Partiyası və ACUM bloku parlament çoxluğunu formalaşdıraraq Mayya Sandunun rəhbəliyi ilə yeni hökumət yaradıb. Lakin Konstitusiya Məhkəməsi bu qərarı qanunsuz hesab edib. Məhkəmə növbəti gün Demokratik Partiyanın sədr müavini Pavel Filipi prezident səlahiyyətlərini icra edən şəxs kimi tanıyıb. O isə öz növbəsində parlamenti buraxmaq və növbədənkənar parlament seçkiləri təyin etmək barədə qərar qəbul edib. /APA