XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2019 - 18:36

Vladimir Zelenski 15 qubernatoru işdən çıxardı –Açıqlama

Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayət administrasiyası rəhbərini işdən qovub.

Bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka brifinqdə bildirib.

Onun sözlərinə görə, Çerniqov, Xmelnitski, Xerson, Ternopol, Sumı, Poltava, Odessa, Nikolayevskaya, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporijye, Zakarpatye və Volın vilayətlərinin qubernatorları işdən azad edilib.

Daha əvvəl Vladimir Zelenskinin yaxın günlərdə 13 qubernatoru vəzifədən azad etmək niyyətində olduğu bildirilirdi/Report.