XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2019 - 21:22

Avropa İttifaqı növbəti beş ildə:təhlükəsizlik, iqlim, iqtisadi artım, miqrasiya və enerji resursları

Bu gün Avropa İttifaqı 2024-cü ilədək strateji plan layihəsini açıqlayıb.

Layihədə qarşıdan gələn beş ildə Aİ-nin təhlükəsizlik tədbirlərini gücləndirmək, iqtisadi artımı, əhalinin məşğulluğunu stimullaşdırmaq və iqlimin müdafiəsi uğrunda səyləri artırmaq istiqamətində strateji planı təqdim edilib. Bundan əlavə, Avropa İttifaqının daha da genişlənməsi və yeni üzv dövlətlərin qəbul edilməsi imkanları qeyd edilib, hərçənd namizəd ölkələrin adları çəkilməyib. Yalnız ümumi məqsəd təqdim olunub.

Sənəddə xüsusilə dəniz yolu ilə gələn qeyri-leqal immiqrantlara qarşı mübarizənin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Nəhayət, Aİ-nin enerji təchizatının təmin edilməsi mövzusuna ayrıca fəsil həsr olunub.

İyunun ikinci yarısında Avropa İttifaqının sammiti keçiriləcək. Hazırda açıqlanmış beş səhifəlik bu sənəd də məhz həmin məqsədə xidmət edir. Aİ-nin üzvü olan dövlətlərin hökumət məmurları strateji plan layihəsini sammitə qədər müzakirə edəcək və ola bilsin, ona düzəlişlər edəcəklər(azərtac).