XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2019 - 21:01

Anadolu Xəbər Agentliyinin mərhum əməkdaşının adına xüsusi mükafat təsis olunacaq

İyirmi dördüncü “Zoom beynəlxalq xəbər şəkilləri” müsabiqəsində iştirak üçün şəkil çəkərkən uçuruma yuvarlanaraq həlak olan Türkiyənin Anadolu Xəbər Agentliyinin əməkdaşı Abdulkadir Nişançının adına “Qızıl göz” xüsusi mükafatı təsis olunacaq.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Xəbər Operatorları Dərnəyinin rəhbəri Aytekin Polatel Anadolu Xəbər Agentliyinin rəhbərinin müavini və baş rejissoru Metin Mutanoğlu ilə görüşü zamanı məlumat verib.

Qeyd edək ki, Abdulkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən uçuruma yuvarlanaraq həyatını itirib.