XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

12 İyun 2019 - 00:15

İran parlamentində “Sanksiyalarla mübarizə” fraksiyası fəaliyyətə başlayıb- İyunun 11-dən

İran parlamentində “Sanksiyalarla mübarizə” fraksiyası iyunun 11-dən rəsmən fəaliyyətə başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, fraksiya bu gün ilk iclasını keçirib və rəyasət heyətindəki deputatlar müəyyənləşib.

Məlumatda bildirilir ki, ABŞ dünyanın 25 ölkəsinə qarşı sanksiyalar tətbiq edir, parlamentdə bu fraksiyanı yaratmaqla 25 ölkənin parlamentləri ilə birlikdə ABŞ sanksiyalarına qarşı birgə fəaliyyət klubu yaradılacaq.

Fraksiyanın rəyasət heyətinin sədri Məhəmmədəli Purmuxtar, sədrin birinci müavini Həsən Bəhramniya, ikinci müavini Seyif Təqi Kəbiri və sözçü Seyid Əhsən Ələvi seçilib.