XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2019 - 17:33

Yunanıstan sahillərində göyərtəsində miqrantlar olan gəmi batıb- Ölənlər var

Yunanıstanın Lesbos adası yaxınlığında göyərtəsində miqrantlar olan gəmi batıb, nəticədə 7 nəfər həlak olub.

Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində 57 sərnişin xilas edilib. Xilas olanlar xəstəxanaya yerləşdiriblər.

Gəmidə olan miqrantların tam sayı məlum deyil. Ərazidə beş xilasedici gəmi və vertolyot axtarışları davam edir. Ehtimal olunur ki, gəminin aşmasına səbəb həddən artıq yüklü olmasıdır(azərtac).