XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 June 2019 - 21:40

Nigeriyada silahlılar 8 kəndi qarət etdi,62 nəfəri öldürdü

Nigeriyada silahlılar 8 kəndi qarət edərək 62 nəfəri öldürüblər.

Bu barədə yerli “The Nation” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbindəki Niger ştatında baş verib. Ölkə polisinin nümayəndəsi hələlik 12 qətli rəsmi olaraq təsdiqləyib. Lakin ölənlərin dəqiq sayını müəyyənləşdirmək üçün hadisə yerinə təhqiqatçılar göndərilib.

Senator Devid Umaru hücumdan zərər çəkən ərazilərə güc strukturlarının əlavə qüvvələrinin göndərilməsini təklif edib.

Qeyd edək ki, son günlər ölkədə silahlılar tərəfindən törədilən kütləvi qətl halları artıb. Belə ki, iyunun 8-10-da  Nigeriyada silahlı qruplaşmaların kəndlərə hücumu nəticəsində azı 43 nəfər ölüb.

Report