XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

13 İyun 2019 - 22:33

Əlcəzairin sabiq baş naziri həbs edilib- Məhkəmə qərarı

Əlcəzair məhkəməsi ölkənin sabiq baş naziri Əbdülmalik Sellalın həbs olunması barədə qərar qəbul edib.

Azərtac Sky News Arabia telekanalına istinadla xəbər verir ki, hazırda sabiq hökumət başçısı Əbdülmalik Sellal təcridxanada saxlanılır.

Bir gün əvvəl isə Əlcəzairin digər sabiq baş naziri Əhməd Uyahi həbs olunmuşdu. Hər iki məmur ölkənin sabiq prezidenti Əbdüləziz Buteflika zamanında dəfələrlə hökumətə rəhbərlik edib.

Xatırladaq ki, aprelin 2-də Əbdüləziz Buteflika uzun sürən xalq etirazı və ordunun təzyiqi altında prezident postundan istefa verib. Hazırda Əlcəzairdə korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi və xidməti vəzifədən sui-istifadə işləri üzrə bir neçə səs-küylü məhkəmə prosesi davam edir.