XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 11:13

Ərdoğan Tacikistana gedir –Səlahiyyətlərini vitse-prezidentə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Bu barədə “Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Tacikistana səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğan Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak etmək üçün Tacikistana səfər edir.

Qeyd edək ki, Asiya Əməkdaşlıq və Münasibətlər Konfransı (CICA) 14-15 iyun tarixlərində Düşənbə şəhərində keçiriləcək/Trend.