Tacikistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Emoməli Rəhmon Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində xanımı və övladları ilə birgə Məkkəyə gedib.
Müqəddəs Kəbəni ziyarət edib və digər ayinləri yerinə yetirib.
Məlumatda bildirilir ki, Tacikistan Prezidenti Kəbəni dördüncü dəfədir ziyarət edir.
Məkkədən sonra dövlət başçısı xanımı və övladları ilə birlikdə Mədinədə Peyğəmbər məscidini ziyarət edib, burada namaz qılıb(azərtac).