XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 15:01

Maradona istefa verdi –Səhhətinə görə

Futbol ulduzu Dieqo Maradona Meksikanın “Dorados” futbol klubunun baş məşqçisi karyerasını başa vurub.

Maradona səhhətində yaranmış problemlə əlaqədar “Dorados” klubundan ayrılıb.

Bildirilir ki, həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət görüblər. Həmçinin, onun iki çiynində və dizində cərrahi əməliyyat aparılacağı deyilir.

Qeyd edək ki, Dieqo Maradona Meksikanın ikinci divizionunda “Dorados” futbol komandasına 2018-2019-cu illər ərzində rəhbərlik edib. /Trend