XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 15:48

Con Bolton:"Zelenskinin prezident olması ABŞ-Rusiya münasibətləri üçün fürsətdir”

“Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsi ABŞ-Rusiya münasibətlərinin normallaşması üçün fürsətdir”.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

Amerikalı diplomat Ukraynanın yeni prezidentinin tərəflər arasında “sülh körpüsü” rolunu oynaya biləcəyini bildirib:

“Zelenskinin Ukrayna prezidenti seçilməsi ABŞ və Rusiya arasında yeni əlaqələrin qurulmasında önəmli addımdır. Bu, eyni zamanda, Donbas məsələsinin həlli üçün yeni fürsətlər yaradır.

Bu gün ABŞ-ın Ukrayna üzrə təmsilçisi Kurt Volkerlə görüşdük və bu məsələləri müzakirə etdik. Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsinin bir sıra məsələlərin həllində yaxşı fürsətlər yaratdığı qənətinə gəldik”.

Teleqraf.com